Xəbər lenti

Məşhur Azərbaycanlı müğənninin kafesindən fahişəxana çıxdı - FOTOLAR
Ölkə10:27 10.10.2014

Məşhur Azərbaycanlı müğənninin kafesindən fahişəxana çıxdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda əxlaqsızlıq yuvası aşkarlanan “New Life” çay evi məşhur müğənni Elçin Hüseynova məxsusdur.

Qafqazinfo xəbər verir ki, bir neçə ay əvvəl şou saytlarının birində kafe ilə bağlı reklam materialı yayımlanıb və həmin xəbərdə obyektin Elçin Hüseynova məxsus olması qeyd olunub. Məlumatda həm çay evi, həm də pub və Avropa mətbəxi kimi fəaliyyət göstərən “New Life”ın 24 saat müştərilərinin üzünə açıq olduğu yazılıb.

Daha sonra bildirilir ki,“New Life” açılan gündən tanınmışların ən çox getdiyi məkandır. Məşhurlar əbəs yerə “New Life” clubu seçmirlər. Çünki burada mükəmməl xidmət var. Məkanda qonaqlara geniş və şəxsi (VİP) otaqlarla xidmət etməklə yanaşı “playstation 3” oyunları da müştərilərə təklif edilir. “New Life”da 6 VİP, 4 “besetka”, 70 ümumi zal var.

Qeyd edək ki, Elçin Hüseynov Yusif Mustafayevin qaynıdır.

Xatırladaq ki, bu gün DİN-in yaydığı xəbərdə sözügedən məkanda əxlaqsızlıq yuvasının aşkarlandığı açıqlanıb.

***

Müğənni Elçin Hüseynov “New life” restoranında fahişəxana aşkarlanması haqda yayılan məlumatlara aydınlıq gətirmək üçün jurnalistlərlə görüşəcək.

“Qafqazinfo”nun məlumatına görə, sənətçi sabah sözügedən restoranda media nümayəndələrini bir araya toplayacaq və hadisə ilə bağlı geniş məlumat verəcək.

Qaynar.info