
Bankın Müşahidə Şurasının sədri dəyişdirilib.
Azərbaycanda fərdi müştərilərə kredit vermə üzrə lider olan “Bank of Baku” ASC-də kadr dəyişiklikləri aparılıb. Abc.az-a istinadən xəbər verir ki, informasiya mənbələrindən bildirilənə görə, bu gün Müşahidə şurasının sədri dəyişdirilib.
““Bank of Baku”nun Müşahidə şurasının yeni sədri Elçin Həbibullayev olub”, - mənbə bildirib.
Bundan əvvəl Həbibullayev ölkədə iri kredit təşkilatlarından olan Azərbaycan Beynəlxalq Bankının Pərakəndə Biznes Departamentinin direktoru vəzifəsində çalışıb.
Qaynar.info