Xəbər lenti

Məşhur futbolçu intihar etdi
İdman05:10 21.08.2013

Məşhur futbolçu intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur rumın futbolçusu və məşqçisi Kostike Ştefenesku Buxarestdəki hərbi hospitalın 5-ci mərtəbəsindən özünü aşağı ataraq intihar edib. 
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Kostike Ştefenesku xərçəngin ağır formasından əziyyət çəkirmiş. Xəstəxanaya daxil olmamışdan əvvəl o Almaniyada uğursuz müalicə kursu keçib. 
Rumıniyanın üçqat çempionu, ölkə Kubokunun beşqat sahibi olan Ştefenesku 1977-1985-ci illərdə milli yığmanın tərkibində çıxış edib. 1986-cı ildən 2012-ci ilədək “Styaua”, “Politexnik” və “Universitati” klublarının baş məşqçisi olub.
Qaynar.info