Bakıda bu ilin yanvarın 15-də baş verən intiharın təfərrüatı məlum olub. Axar.az-ın əldə etdiyi xəbərə görə, hadisə 7-ci mikrorayonda baş verib. Şəhər sakini, 1980-ci il təvəllüdlü Emin İmanov özünü odlu silahla güllələyib.
İntiharın səbəbi ictimaiyyətə açıqlanmayıb. Araşdırma zamanı intihar edən şəxsin “Zəngəzur" şadlıq sarayı sahibinin qohumu olduğu aydınlaşıb. Nəbi İmanov adlı sahibkarın qardaşı oğlu E.İmanovun külli-miqdarda borcu olduğu iddia edilir.
Sahibkarın Binəqədi şossesi 59 ünvanında yerləşən "Zəngəzur" şadlıq sarayı, "Zəngəzur" hamamı, dəyirman, zavod, dükanları və digər iaşə obyektləri var.
Qaynar.info