Xəbər lenti

Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı (FOTO)
Foto 14:11 23.06.2025

Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı (FOTO)

Tanınmış həkim-kosmetoloq Elnarə Canlının rəhbərlik etdiyi kosmetoloji xidmət məkəzi olan "Elnarə Canlı Beauty Center” satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 350 kvadrat metrlik sahəyə malik olan mərkəz avadanlıqları ilə birgə satılır.

Nizami metrosunun yaxınlığında yerləşən Mərkəz alıcılara 1,5 milyon manata təklif olunur. 

"Elnarə Canlı Beauty Center”dən İqtisadiyyat.az-a bildirilib ki, mərkəzin satışa çıxarılması direktor və baş həkim Elnarə Canlının xaricə köçməsi ilə əlaqədardır. Qeyd edilib ki, həkim-kosmetoloq fəaliyyətini xaricdə davam etdirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->