
Meyxanaçı Mehman Əhmədlini toyda döymək istəyiblər.
"Qaynarinfo" xəbər verir ki, meyxanaçı Bakının kəndlərindən birində təşkil olunmuş toyda deyişmə zamanı Rəşad Dağlını təhqir edib və bu zaman toyda iştirak edən qonaqlardan biri ona hücum edib.
Toydakıların müdaxiləsilə həmin şəxsi toydan uzaqlaşdırıblar.
Toyda Mehman Əhmədli ilə yanaşı Rəşad Dağlı, Aydın Xırdalanlı, Elşən Xəzər və başqa tanınmış meyxanaçılar iştirak ediblər.
"Qaynarinfo" həmin görüntüləri təqdim edir: