Xəbər lenti

Məşhur modelyer həbs edildi
Ölkə11:01 03.01.2017

Məşhur modelyer həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sosial şəbəkədə Türkiyə əleyhinə təhqiramiz ifadələrlə dolu görüntüləri yayımlanan məşhur modelyer Barbaros Şansal həbs olunub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin məşhur modelyeri yeni il tətili üçün getdiyi Şimali Kipr Türk Cümhuriyyətində saxlanılaraq İstanbula göndərilib. Təyyarədə və Atatürk Hava limanında Türkiyə vətəndaşları ona hücum etməyə çalışıblar, lakin polis bunun qarşısını alıb.

Barbaros Şansal əvvəlcə xəstəxanada müayinədən keçirilib, oradan isə İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə aparılıb.

Xatırladaq ki, 2005-ci ilin may ayında Lefkoşa aeroportunda Barbaros Şansalın üzərində narkotik aşkarlanmış və buna görə onun barəsində bir aylıq həbs qərarı qəbul olunmuşdu.

Qaynarinfo.Az