Xəbər lenti

Məşhur müğənni diktator üçün oxumaqdan imtina etdi
Ölkə06:33 25.10.2013

Məşhur müğənni diktator üçün oxumaqdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur fransız müğənnisi Lara Fabian Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək festivalda oxumaqdan imtina edib.

Qaynar.info
xəbər verir ki, bu barədə müğənni özünün Facebook səhifəsində yazıb.

Müğənni bu qərarı fransız hüquq müdafiəçilərinin Özbəkistanda repressiya rejimi əleyhinə keçirdikləri aksiyadan sonra verdiyini bildirib.

Fabianın sözlərinə görə, onun prezident İslam Kərimovun qızının təşkil etdiyi tədbirə qədər heç nədən məlumatı olmayıb. Müğənni qeyd edib ki, insan haqlarına hörmət etməyən bir hakimiyyətin tədbirində iştirak etmək istəmir.

Qeyd edək ki, Lara Fabianın çıxışı oktyabrın 27-nə nəzərdə tutulmuşdu. Tədbir prezident İslam Kərimovun qızı Gülnarə Kərimova tərəfindən təşkil olunmuşdu.

Qaynar.info