Xəbər lenti

Məşhur müğənni qarət olundu: "Kameralara düşdü" (Video)
Ölkə16:15 19.04.2017

Məşhur müğənni qarət olundu: "Kameralara düşdü" (Video)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı müğənni Zahidə Günəş qarət olunub.

"Qaynar" Apa TV-ə istinadən xəbər verir ki, ifaçı bildirib ki, oğlu ilə birgə avtomobilində əyləşən zaman tanımadığı şəxsin hücumuna məruz qalıb:

“Mən İçərişəhər metrosu tərəfdə yaşayıram. Günün günorta vaxtı maşınımı işə salıb, oğlumla oturmuşdum. Təxminən 1-2 dəqiqə idi ki, maşına əyləşmişdik. Həmin məqamda maşınımın qapısını açıb, çantamı götürüb qaçdılar. Mən də onların arxası ilə qaçdım. Oğlum da ağlayıb, qışqırdı. Oğrunun üzü yadımdadır. Oğru müşahidə kameralarına da düşüb. İndi həmin şəxs axtarışdadır. Videogörüntü artıq məndə də, orqanda da var. Bütün sənədlərim həmin çantanın içində gedib”.

Qaynar.Az