"Çelsi"nin əfsanəsi Con Obi Mikel karyerasını bitirib.
Qaynarinfo xəbər verir ki, Nigeriya millisinin sabiq üzvü bu haqda sosial mediada açıqlama verib.
35 yaşlı yarımmüdafiəçi açqıalamsında "Bütün yaxşı şeylər bitməlidir və o gün mənim peşəkar futbol karyeram üçün bu gündür. Bu, vida deyil, fərqli bir səyahətin, həyatımın başqa bir fəslinin başlanğıcıdır. Gələcəyin nə gətirəcəyini səbirsizliklə gözləyirəm. Təşəkkür edirəm” - ifadələrinə yer verib.
2006-ci ildən 2017-ci ilə qədər "Çelsi"də çıxış edən Mikel Nigeriya millisinin formasında 89 matçda meydana çıxıb. O, "Trabzonspor"la yanaşı, "Lyn", "Çelsi", "Tianjin TEDA", "Küveyt", "Stok Siti", "Midlsbro" kimi klublarda da oynayıb.
Səbuhi Həsənov