Buşvik Bill kimi tanınan məşhur amerikalı repçi Riçard Şou vəfat edib.
	
Qaynarinfo xəbər verir ki, 52 yaşlı repçinin ölümünə səbəb mədəaltı vəz xərçəngi olub. 
	
İfaçı 1990-cı illərdə "Geto Boys" hip-hop qrupunda fəaliyyəti ilə məşhurlaşıb.
 
	
Qeyd edək ki, Buşvik Bill 1991-ci ildə sevgilisi ilə mübahisə zamanı yanlışlıqla özünü güllələyib və repçinin öldüyü açıqlanıb. O, morqa aparılsa da, daha sonra həyata geri dönüb. 
	
2014-cü ildə xəstəliyi barədə intervyu verən Bill ölümdən qorxmadığını, daha əvvəl öldüyünü bildirmişdi.
	
Gülşən
	
             
            
Şərhlər