Xəbər lenti

Məşhur repçimiz həbs olundu - Narkotikin təsiri altında...  (FOTO)
Ölkə06:47 27.12.2019

Məşhur repçimiz həbs olundu - Narkotikin təsiri altında... (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirib. 
 
Qaynarinfo xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, ötən gün P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.
Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.