Xəbər lenti

İdman 23:46 10.02.2024

Məşhur reper öz mahnısında Kilyan Mbappeni tənqid etdi

Məşhur fransalı reper "Booba” ləqəbli Eli Titia Yaffa "Abidal" mahnısında PSJ-nin hücumçusu Kilian Mabppeni tənqid edib.

Qaynarinfonun məlumatına görə, 47 yaşlı reper öz mahnısında onu "yararsız”, "həddindən artıq şişirdilmiş” və "sistemin aləti” adlandırıb. 

Musiqiçi "Ad Vitam Aeternam” adlı yeni albomunda Paris komandasının ulduzuna dediyi sözlər mübahisələrə yol açıbş. O, "Bu, şok deyil, siz həddən artıq qiymətləndirilmisiniz, faydasızsınız, sıfır LDC sisteminin alətisiniz, sıfır duruş (çoxları kimi), "Real”a gedin və Vinisius Juniorla həyatı öyrənin, uğurlar" - ifadələrinə yer verib. 

Hazırda forvard bu məsələ ilə bağlı reaksiyalara dair açıqlama verməyib. Mbappe sözügedən müğənninin tənqidinə əvvəllər də tuş gəlib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->