İdman 18:51 21.09.2022

Məşhur restoranlar şəbəkəsi Mbappeni məhkəməyə verməyə hazırlaşır

Məşhur fast-food restoranlar şəbəkəsi KFC Fransa millisinin üzvü Kilyan Mbappeni məhkəməyə verməyə hazırlaşır.

Qaynainfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb futbolçunun sözügedən şəbəkəni reklamından imtina etməsi olub.

Belə ki, Mbappe reklam kampaniyasında iştirakdan imtina edib. Bu səbəbdən KFC Fransa Futbol Federasiyasını sponsorluğu dayandıracağı ilə hədələyib. 

"KFC France"nin vitse-prezidenti Aleyn Beral məsələ ilə bağı "Sport Business Club"a açıqlamasında ödəməni dayandıracaqlarını bildirib: "Biz bu məsələni çox yaxından izləyəcəyik, çünki hörmət edilməyən bir müqavilə imzalamaqdan söhbət gedə bilməz".

Səbuhi Həsənov