Məşhur rusiyalı bloger Erik Davidoviç Gürcüstandan Azərbaycana buraxılmayıb. Musavat.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Erik Davidoviç və onun çəkiliş qrupunu "Sınıq körpü" nəzarət-buraxılış məntəqəsində Azərbaycan gömrükçüləri saxlayıblar.
Gömrükçülər blogerin avtomobilində dron aparatının (pilotsuz uçan aparat) olduğunu əsas gətiriblər və onun daşınmasının qadağan edildiyini bildiriblər. Azərbaycan sərhədini keçə bilməyən Erik Davidoviç və qrupu Tiflisə dönməyə məcbur olub.
Dron aparatı
Qeyd edək ki, Erik Davidoviç bu gün Tiflisdən Bakıya yola düşəcəyini İnstagram-da hələ ötən gün yazmışdı.
Qaynar.info