Xəbər lenti

Məşhur şairimizin ev muzeyi qəzalı vəziyyətə düşdü (FOTO)
Ölkə13:11 26.08.2017

Məşhur şairimizin ev muzeyi qəzalı vəziyyətə düşdü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhəbbət, sevgi şairi kimi tanıdığımız, nakam taleli Mikayıl Müşfiqin bu il iyun ayının 5-də 109 yaşı tamam oldu. 2018-ci ildə 110 yaşı tamam olacaq şairin Xızının Sayadlar kəndi ərazisindəki muzeyinin əsaslı təmir və bərpaya ciddi ehtiyacı var.

Bu barədə olaraq 2-ci dəfədir yazırıq. Bir müddət əvvəl "Azəravtoyol" yol çəkilişi zamanı Mikayıl Müşfiqin heykəlini yerindən götürən zaman biz də Müşfiqin Xızıdakı muzeyinə baş çəkmişdik.

Müşfiqin Bakıdakı heykəli yenilənərək öz yerinə qoyulub. Xızıdakı muzeydə isə heç bir irəliləyiş yoxdur. Muzeyin yerləşdiyi binada və həyətdə təmir-bərpadan heç bir əlamət yoxdur. Otaqda çatlar əmələ gəlib, pilləkən, daşlanan həyət uçulub dağılıb. Çatlar olan otaqda eksponatlar da xarab olmaqdadır. Müşfiqin muzeyində səliqə-sahman yerində olsa, abadlıq işlərinin görülməməsi xüsusi diqqətə çarpır.

Mikayıl Müşfiq muzeyinin direktoru Orxan Əzimov muzeyin bərpasının planda olduğunu, imkanları daxilində nakam şairin xatirə ocağını qoruyub saxladıqlarını dedi. Sumqayıt regional mədəniyyət və turizm idarəsinin Xızı üzrə nümayəndəsi Mövsüm Bağırov Müşfiq muzeyinin bərpasının bu il üçün nəzərdə tutulmadığını bildirdi. Onun sözlərinə görə, muzeyin bərpa və təmir edilməsinin konkret vaxtı bu ilin 4-cü rübündə məlum olacaq.                        

Xızlda - Mikayıl Müşfiqin ata yurdu olan Sayadlar kəndində salınan muzey 1988-ci ildə müşfiqsevərlər tərəfindən "Müşfiq ocağı"altında  yaradılıb. 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyi bu xatirə ocağına muzey statusu verib.

Ümid və arzu edirik ki, müşfiqsevərlər 2018-cu ildə bu təmirsiz məkanı yüksək səviyyəli təmir olunmuş görə biləcəklər. Aidiyyatı qurumlar bu məsələni xüsusi diqqətdə saxlamalıdır.

Qaynarinfo.Az

Mənbə: İstiPress