Xəbər lenti

Məşhur yazıçı-yumorist vəfat etdi
Ölkə09:00 22.03.2015

Məşhur yazıçı-yumorist vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış rus yazıçı-yumorist Arkadi Arkanov vəfat edib.

Anspress-in məlumatına görə, 82 yaşlı yazıçı Moskva Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.

Martın 14-dən onkoloji xəstəliyi səbəbindən sinəsində ağrılar başlayan A.Arkanov xəstəxanaya yerləşdirilib.

A.Arkanov 7 iyun 1933-cü ildə doğulub. Onun pyesləri Moskva Satira Teatrında səhnəyə qoyulub. 20-dən çox kitabın, televiziya filmlərinin ssenari müəllifidir. O, həmçinin bir neçə populyar televerilişin də aparıcısı olub.

Qaynar.info