Kolumbiyalı futbolçu Gilyermo Beltran məşq zamanı dünyasını dəyişib.
Qaynarinfo-nun məlumatına görə, Boliviya klubu "Real Santa Cruz"un forvardı əvvəlcə başgicəllənmə və ürək bulanmasından şikayət edib. Klubun həkimləri hücumçunu reanimasiya etmək üçün çalışsalar da cəhdləri uğursuzluqla nəticələnib və dərhal təcili yardım çağırılıb. Lakin o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Onun klubu sosial şəbəkələrdəki səhifələri vasitəsilə ölümünü açıqlayıb. Bəyanatda 24 yaşlı futbolçu ilə bağlı, "O, istedadlı oyunçudan daha çox idi. O, dost, komanda yoldaşı və bir çoxları üçün ilham mənbəyi idi. Onun oyuna olan həvəsi və yorulmaz ruhu əbədi olaraq xatırlanaraq əziz tutulacaq" - ifadələrinə yer verilib.
Səbuhi Həsənov