Xəbər lenti

Messi karyerasını bitirmək istədiyi klubu açıqladı: "Barselona" deyil...
İdman10:49 29.05.2018

Messi karyerasını bitirmək istədiyi klubu açıqladı: "Barselona" deyil...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lionel Messi karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Argentinanın "El Trece" kanalına danışan "Barselona"nın ulduzu karyerasını vətənində - "Nevell's Old Boyz" klubunda bitirmək istədiyini bildirib:
"Hər zaman demişəm, bir gün Argentinada oynamaq istəyirəm. Baş tutub-tutmayacağını bilmirəm, amma beynimdə hər zaman bu var. Argentinada ancaq "Nevell's Old Boyz"da oynayaram, başqa heç bir komandada oynamaram. Ən azından 6 ay belə olsa, bu klubun formasını geyinmək istəyirəm".
Qeyd edək ki, Messi 1994-2000-ci illərdə "Nevell's Old Boyz" klubunda çıxış edib və 2001-ci ildə "Barselona"ya transfer olunub.