Xəbər lenti

Məsud Özil 11 uşağın əməliyyat xərclərini öz üzərinə götürüb
Ölkə15:00 20.07.2015

Məsud Özil 11 uşağın əməliyyat xərclərini öz üzərinə götürüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Arsenal”ın türkəsilli futbolçusu Məsud Özil 11 uşağın həyatını dəyişəcək əməliyyatın bütün xərclərini öz üzərinə götürüb.

Musavat.com xəbər verir ki, 24 oktyabr və 11 noyabr tarixləri arasında Maranhaoda əməliyyat olunacaq uşaqlara "Mesut"s Eleven" (Məsudun onbirliyi) ləqəbini verən M.Özil bu yardımı ilk dəfə etmir. 

2014-cü ildə Dünya Kubokunu qazanan Almaniya milli yığmasından aldığı mükafatı 23 uşağın əməliyyatı üçün xərcləmişdi.

Məsud Özil Brazilyada uşaqlara yardım məqsədi ilə qurulan Big Shoe-nin elçisidir. 

O, "Brazilyadakı uşaqlara kömək etmək mənim üçün çox önəmlidir. Əlimdən gələn hər bir köməyi etməyə hazıram" - deyə vurğulayıb.

Qaynar.info