Xəbər lenti

Mətanət Əzizovanın evində axtarış aparılır - SON XƏBƏR
Ölkə13:08 06.05.2014

Mətanət Əzizovanın evində axtarış aparılır - SON XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Musavat.com-un verdiyi son məlumata görə, hazırda Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində artıq axtarış aparılmağa başlanıb. 

Mətanət Əzizovanın həyat yoldaşının və daha üç hal şahidinin də evdə axtarış aparılması prosesini müşahidə etdiyi bildirilir.

Məlumatına görə, hazırda Mətanət Əzizovanın yaşadığı binanın qarşısına çox sayda insan toplaşıb. Toplaşanlar arasında mətbuat nümayəndələri də var.

****

17:26

Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanın evində bir neçə saatdan sonra axtarış aparılacaq. Bu barədə xanım hüquq müdafiəçisinin vəkili Samirə Ağayeva məlumat verib.

Vəkilin verdiyi məlumata görə, Baş Prokurorluğun müstəntiqləri Mətanət Əzizovanın həyat yoldaşı ilə söhbət zamanı evdə axtarış aparılacağı ilə bağlı onu məlumatlandırıblar. Müstəntiqlər hüquq müdafiəçisinin həyat yoldaşına bildiriblər ki, onların axtarış aparmaq üçün orderləri var və axtarış bu gün reallaşdırılmalıdır.

Hüquq müdafiəçisinin vəkili Samirə Ağayeva haqqin.az-a bildirib ki, onlar hazlrda müstəntiqləri gözləyirlər: "Hazırda biz Mətanət Əzizovanın yaşadığı binanın qarşısında toplaşmışıq və müstəntiqlərin gəlişini gözləyirik".

Mətanət Əzizovanın öz evində axtarış aparılacağından xəbərinin olub-olmamasına qaldıqdasa, hüquq müdafizəçisinin vəkili Samirə Ağayeva bildirib ki, "Mətanət Əzizova heç kimlə ünsiyyət saxlamır".

Musavat.com