Xəbər lenti

Mətləb Mütəllimli vəfat etdi
Ölkə 00:17 08.04.2026

Mətləb Mütəllimli vəfat etdi

Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib.

Bu barədə Oxu.Az-a M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Qeyd edək ki, Mətləb Mütəllimli 1949-cu ildə Yardımlı rayonunda anadan olub. O, 1973-79-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Mərhum sabah Binəqədi rayon qəbiristanlığında dəfn ediləcək.
--> -->