Xəbər lenti

Metro istifadəçilərinə xəbərdarlıq
Ölkə05:26 06.04.2016

Metro istifadəçilərinə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq edib.

Azvision.az xəbər verir ki, metronun “Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir. Bu məqsədlə də “Elmlər Akademiyası” stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Qaynar.info