
22:47
Bakının Nәrimanov rayonunda yerlәşәn “Metropark” əyləncə mәrkәzindә partlayıcı aşkarlanmayıb.
Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi APA-nın müxbirinə açıqlamasında bildirib ki, əyləncə mərkəzinə partlayıcı qoyulması barədə məlumat təsdiqlənməyib.
22:00
Məlumata görə, hazırda əyləncə mərkəzində Fövqaladə Hallar Nazirliyinin əməkdaşları axtarış aparırlar.
Təhlükəsizliyi təmin etmək üçün "Metro Park"a qazın verilişi dayandırılıb. Axtarışda xüsusi öyrәdilmiş itlәrdәn istifadә edilir. Həmçinin "Metro Park" mərkəzinə gedən bəzi yollar bağlanılıb.
______
20:52
Nərimanovda yerləşən, "Metro Park" ticarət mərkəzində bomba həyacanı yaşanır.
Qaynar.info saytı xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrdə yayılıb: "Adamları evakuasiya eləyiblər. Polis "Metro Park"a gedən yolları bağlayıb. İnsanlar arasında panika var. Bir nəfər də olsun adam qalmayıb içəridə. Hamını bayıra çıxarıblar".
Hadisə ilə təfərrüatları dəqiqləşdirməyə çalışırıq, bizi izləyin.
Elkin Xəlilov
Qaynar.info

