Xəbər lenti

Metro stansiyası gediş-gəlişə bağlanır - DİQQƏT!
Ölkə05:24 01.07.2016

Metro stansiyası gediş-gəlişə bağlanır - DİQQƏT!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təmirlə əlaqədar bir müddət sərnişinlərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu gündən etibarən metronun "20 Yanvar"  stansiyasın birinci vestibülü bağlanır.  Eskalatorların dəyişdirilməsi ilə əlaqədar sərnişinlərin gediş-gəlişinə icazə verilməyəcək.

Qaynarinfoş.az xəbər verir ki, stansiyanın birinci vestibülü müvəqqəti bağlı olacaq. 3 ədəd eskalatorun istismar müddətini başa vurduğu üçün dəyişilməsinə ehtiyac yaranıb. Bunu nəzərə alaraq Metropoliten Qapalı Səhmdar Cəmiyyəti eskalatorların dəyişdirilməsinə qərar verib.

Təmir işləri aparılan zaman sərnişinlərin gediş-gəlişinə qadağa qoyulacaq. Birinci vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər. İkinci vestibül isə AzərSu, Moskva pospekti tərəfə çıxan hissəsi sərnişinlər üçün açıq olacaq.

Metronun Elmlər Akademiyası stansiyasının girişində aparılan təmir işləri isə hələ də davam etdirilir.

Elmlər Akademiyasının girişinin noyabr ayında açılacağı bildirilir.

Qaynarinfo.az