Xəbər lenti

Metro yenə “tıxac”a düşdü
Ölkə07:04 10.01.2014

Metro yenə “tıxac”a düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropolitenində yenə problem yaşanıb. 

Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında “Dərnəgül” dən “Həzi Aslanov” a hərəkət edən qatarlar 10 dəqiqədən artıq ləngiyib. 

Bu isə stansiyalarda sərnişin sıxlığına səbəb olub. Onu da qeyd etmək lazımdır ki, son vaxtlar metroda bu kimi hallara tez-tez rast gəlinir.

Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Lent.az-a bildirdilər ki onlarda bu barədə məlumat yoxdur. 

Qaynar.info