Xəbər lenti

Metroda daha bir problem
Ölkə05:37 01.05.2013

Metroda daha bir problem

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.

Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi xəbərə görə, buna səbəb "İnşaatçılar" stanisyasında qatarlardan birinin sistemində yaranmış nasazlıq səbəb olub.

Məlumata görə, sərnişinlər "İnşaatçılar" stansiyasında vaqonlardan boşaldılıb.

Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Trend-ə bildirib ki, ilkin ehtimala görə, problemə səbəb qatarın əyləc sistemində yaranmış nasazlıq olub. Sərnişinlər düşürüldükdən sonra qatar depoya göndərilib.

Qaynar.info