Xəbər lenti

Metroda daha bir yenilik olacaq
Ölkə13:30 15.08.2014

Metroda daha bir yenilik olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai nəqliyyatda vahid kart-ödəniş sisteminin Bakı Metropolitenində tətbiqi ilə bağlı iş aparılır. 

Qaynar.info xəbər verir ki, bu barədə AzərTAc-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Səhmdar Cəmiyyət bununla əlaqədar Nəqliyyat Nazirliyi və digər müvafiq qurumlarla sıx əməkdaşlıq edir.

Metropolitendə mövcud kart-yükləmə aparatlarının daha müasir və etibarlı qurğularla əvəzlənəcəyini də deyən N.Paşayev qeyd edib ki, QSC ümumilikdə sərnişinlərə xidmət sisteminin tam yeniləşdirilməsini planlaşdırır. Kart-yükləmə aparatlarının müasirləşdirilməsi də buraya daxildir.

Qaynar.info