
Ulduz stansiyasında qatarlar boşaldılıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə facebookda məlumat paylaşılıb. Qatarın boşaldılmasına səbəb kimi bir oğlanın reysin üstünə düşməsi göstərilib.
Hələ ki, hadisə ilə bağlı geniş məlumat yoxdur.
***
Bu saatlarda Bakı Metropolitenində dəhşətli anlar yaşanıb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, metronun “Ulduz” stansiyasında sərnişin qatarın altına yıxılıb.
Hadisə zamanı qatarın altına düşən 25 yaşlı kişinin sağ qolu amputasiya olub. Onun başından da travma aldığı bildirilir. Sərnişin xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info