Xəbər lenti

Metroda koronavirus xəstəsi saxlanıldı (FOTO)
Ölkə15:32 14.11.2021

Metroda koronavirus xəstəsi saxlanıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrosunun "Əhmədli” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 1999-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. 
Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.