Xəbər lenti

Metroda polisə müqavimət göstərən şəxs saxlanıldı - Qohum uşaqlarını diləndirirmiş (FOTO)
Ölkə10:08 01.11.2022

Metroda polisə müqavimət göstərən şəxs saxlanıldı - Qohum uşaqlarını diləndirirmiş (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Koroğlu" metro stansiyasında yeraltı piyada keçidində azyaşlı uşaqları diləndirən şəxs saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, Sənan (şərti ad) adlı şəxs metronun "Koroğlu" stansiyasında yeraltı piyada keçidində  yaxın qohumları olan azyaşlı Yusif İsmayılovu, Yeganə Məmmədovanı, Kənan Məmmədovu və Kənan Salmanovu diləndirib. Ailənin yeganə qazanc mənbəyinin dilənmək olduğu üzə çıxıb. 
Bakı Metropoliteninin Polis Şöbəsindən verilən məlumata görə, "Sənan" saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib.
Sənan İnzibati Xətalar Məcəlləsinin 523.2-ci və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilib.
Əhməd