Xətai rayonu, Əhmədli metrostansiyasında əl çantalarını XRAY aparatına təqdim etməyən 3 nəfər saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, saxlanılanlardan ikisi kişi, biri isə qadın olub.
1993-cü ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş Elmarın (şərti) bacısı əl çantasını XRAY aparatına təqdim etməkdən imtina etdiyinə görə polis əməkdaşları ilə mübahisəsi yaranıb. Mübahisəyə onlarla birlikdə olan 1991-ci ildə Oğuz rayonunda anadan olmuş Elşad (şərti) da daxil olub.
Elmar və Elşad Bakı Metropolitenində Polis Şöbəsinin Nizami hissəsinin 2-ci bölüyünün polisinin əməkdaşları ilə mübahisə zamanı onları təhqir ediblər. Onlar barəsində 6 iyul 2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Onlar polislərə tabesizlik etməyinin səbəbini əsəbi olmaqları ilə əlaqədardirblər və üzr istəmələrini nəzərə alaraq, barələrinə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş ediblər.
Məhkəmənin qərarı ilə Elmar və Elşad İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barələrində 1 ay müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib.
Əhməd