Xəbər lenti

Metroda problem yarandı
Ölkə06:05 11.03.2013

Metroda problem yarandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropolitenində səhər saatlarında vaqonların hərəkətində ciddi problemlər yaranıb. Trend-in hadisə yerində olan əməkdaşının məlumata görə, vaqonların hərəkət qrafiki pozulduğundan, stansiyalarda sərnişin sıxlığı yaranıb.

Bakı Metropolitenindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səhər saatlarında qatarların ləngimələrinə səbəb "28 May" stansiyasında maşınist kranında baş verən nazasılıq olub.

Maşinist kranı vaqonun əyləc sistemini idarə edən qurğudur.

"Metroda müşahidə olunan ləngimə "28 May" stansiyasında vaqonların birində kran maşinistinin ilişməsi ilə əlaqədardır",-deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda qəzanın başvermə səbəbləri araşdırılır və problem aradan qaldırılır.

Qaynar.info