
Bakı metrosunda qatarların hərəkətində yubanma olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, saat 08:30-da "Həzi Aslanov” stansiyasında maşinist qatarda nasazlıq ehtimalı ilə əlavə baxış keçirib. Nəticədə qatarların hərəkətində 4 dəqiqə yubanma olub.