Xəbər lenti

Metroda reklam bərpa edilir
Ölkə12:07 29.04.2015

Metroda reklam bərpa edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Metropoliteninin stansiyalarında reklam lövhələri yenidən bərpa olunur. Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlama verib. 
AzərTAc-a danışan qurum sözçüsü qeyd edib ki, bütün stansiyalarda reklam lövhələri asılacaq: "Hələlik lövhələr müəyyən olunmuş yerlərdə quraşdırılır. Onlar əvvəlkilərdən fərqli olaraq daha böyük və işıqlıdır. Lövhələr avtomatik tənzimlənən LED işıqları ilə təchiz edilib”.
Nəsimi Paşayev deyib ki, lövhələrin asılması işləri mərhələli şəkildə aparılır.
Qaynar.info