Xəbər lenti

Metroda yenə problem
Ölkə12:02 15.09.2014

Metroda yenə problem

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Metropolitenində yenə problem yaranıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə hüquq mühafizəçisi Mirvari Qəhrəmanlı öz Facebook hesabında yazıb. 

Onun sözlərinə görə, metronun “Gənclik” və “Koroğlu” stansiyalarında qatarlar 15-20 dəqiqə hərəkət etməyib.

Məsələyə aydınlıq götürmək üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, 16:00 radələrində “Dərnəgül”-“Həzi Aslanov” stansiyaları istiqamətində hərəkətdə olan 27 saylı qatarda texniki nasazlıq yaşanıb. 

“Platformada qatarın hərəkəti mümkünsüz olub. Bu səbəbdən sərnişinlər vaqonlardan evakuasiya olunub. Qatar depoya göndərilib. Bu vaxt ərzində 5-10 dəqiqə yubanma olub. Bununla da qatarların ümumi qrafikində müəyyən qədər gecikmələr olub. Lakin sonradan problem aradan qaldırılıb”, - deyə Nəsimi Paşayev bildirib.

Qaynar.info