Xəbər lenti

Metronun yeni rəisi jurnalistlərlə görüşəcək
Ölkə12:05 31.03.2014

Metronun yeni rəisi jurnalistlərlə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Zaur Hüseynovun mətbuatdan qaçması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”. 

Bunu AzVision.az-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib. 

Onun sözlərinə görə, hazırda qurumda struktur dəyişiklikləri həyata keçirilir:“Mətbuatda gedən məlumatların heç bir əsası yoxdur. Zaur müəllim jurnalistlərdən niyə qaçsın ki? Hazırda qurumda struktur dəyişikliyi həyata keçirilir. Nizamnamə, əsasnamə dəyişilir. 1-2 ay vaxt lazımdır ki, bu işlər sona çatsın. Bundan sonra Z.Hüseynov jurnalistlərlə görüşəcək”-deyə, N.Tanrıverdiyeva əlavə edib. 

Qeyd edək ki, mətbuatda "Bakı Metropoliteni” QSC-nin yeni rəisi Zaur Hüseynov barədə tez-tez məlumatlar dərc edilir. Bildirilir ki, Z.Hüseynov mətbuata qapalı adamdır və jurnalistlərdən qaçır.

Qaynar.info