Xəbər lenti

Metropolitendən sürpriz - FOTO
Ölkə06:27 15.09.2014

Metropolitendən sürpriz - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Metropoliteni" QSC rəhbərliyinin göstərişi ilə metrostansiyalarında təbrik elanları yerləşdirilib. 
Qaynar.info QSC-yə istinadla verdiyi məlumata görə, 15 sentyabr "Bilik günü" ilə əlaqədar şagird və tələbələ, həmçinin müəllimlərə müvəffəqiyyətlər arzu edən Metropoliten rəhbərliyi, onların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bütün gücünü səfərbər edib. 
Artıq qış qrafiki üzrə hərəkət təmin edilib. Xəttə 30 cüt qatar buraxılıb, intervallar isə 1,5-2,5 dəqiqə olaraq azaldılıb.
"Bakı Metropoliteni" QSC rəhbərliyi həmçinin şagird, tələbələ və müəllimləri təbrik edib:
"Zehniniz və yolunuz açıq olsun. Uğurlar!"
Qaynar.info