"Metroda şagird və tələbələr üçün ayrıca vaqonların ayrılması təklifinin icrası texniki cəhətdən mümkün deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təhsil eksperti Kamran Əsədovun ənənəvi təhsilə qayıtdıqdan sonra günün bəzi saatlarında metroda müəyyən vaqonların şagird və tələbələr üçün ayrılması təklifinə münasibət bildirərkən deyib.
Bir sıra ölkələr var ki, metroda qadınlar üçün ayrı vaqonlar ayrılır. Məsələn, Yaponiyada, Rio-de-Janeyroda. Amma konkret şagird və tələbələrlə bağlı belə bölgü üzrə hər hansı bir nümunə yoxdur. Yeni gətirilən qatarlarda vaqonlararası birbaşa keçid olduğundan vaqon anlayışı yoxdur. Köhnə qatarlara gəldikdə, azyaşlı uşaqları haradasa seçmək olar. Amma tələbə və yuxarı sinif şagirdlərini ayırıb, onlar üçün ayrılacaq vaqonlara buraxmaq məsələsi sərnişinlərin təhlükəsizliyi və digər məsələləri nəzərə alınması praktiki olaraq qeyri-mümkündür”.
Rüfət Sultan