Teleaparıcı Nərmin Salmanovanın Bakı Metropolitenində işə başlaması barədə yayılan məlumatlar doğru deyil və o, hazırda bu qurumla əməkdaşlıq etmir. O bu barədə öz Facebok hesabında bildirib.
"Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənə vacib olan bəzi şərtlər işə götürən tərəfindən dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı", - Salmanova yazıb.
O həmçinin qeyd edib ki, televiziya fəaliyyətindən ayrılması Metropolitenin təklifi və yeni sahədə özünü sınamaq istəyi ilə bağlı olub.
"Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm", - o bildirib.
Nərmin Salmanova sonuncu dəfə İTV kanalında aparıcı işləyib.