Xəbər lenti

“Meydan TV”nin daha iki əməkdaşının ölkədən çıxışına qoyulan qadağa götürüldü
Ölkə14:28 13.05.2019

“Meydan TV”nin daha iki əməkdaşının ölkədən çıxışına qoyulan qadağa götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində ölkədən çıxışına qadağa qoyulan Sevinc Vaqifqızı və Elnur Muxtar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a S.Vaqifqızı bildirib.
Bu gün onları idarənin rəisi Eldar Əhmədov qəbul edib və ölkədən çıxışa qoyulan qadağanın götürülməsi ilə bağlı məlumat verib.
E.Muxtar hazırda həmin media qurumu ilə əməkdaşlıq etmir.
Bununla da "Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində çıxış qadağası götürülən şəxslərin sayı 11-ə çatıb.