Xəbər lenti

Meyiti tapılan şəxs tanınmış şairin oğlu imiş (FOTO)
Ölkə09:08 11.10.2023

Meyiti tapılan şəxs tanınmış şairin oğlu imiş (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İki gün əvvəl Abşeron rayonu Xırdalan şəhərində 43 yaşlı Tural Mustafazadənin meyiti yaşadığı evin hamam otağında tapılıb.
"Qafqazinfo” xəbər verir ki, Tural Mustafazadə tanınmış şair, mərhum Aslan Kəmərlinin oğlu imiş. O, ötən gün Qazaxın Kəmərli kəndində dəfn edilib.
İlkin məlumata görə, T.Mustafayev qəfil ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, Aslan Kəmərli "Qazax” Xeyriyyə Cəmiyyətinin ilk rəhbəri olub. Tanınmış şair 1992-ci ildə 50 yaşında yol qəzasında dünyasını dəyişib.