Xəbər lenti

Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı
İdman18:23 17.10.2018

Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı boksçu Floyd Meyvezer rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşə çıxmaq üçün şərtlərini açıqlayıb.
Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, Meyvezer Nurməhəmmədovla ancaq boks qaydaları ilə döyüşməyə razı olduğunu bildirib. 
"Həbibin nə düşündüyünü deyə bilmərəm. Lakin öz tərəfimdən deyə bilərəm ki, bunu edə bilərik. O mənə çağırış yolladı. Odur ki, Həbib mənim dünyama gəlməli olacaq”, - deyə o vurğulayıb.
Meyvezer Həbiblə döyüşdən irlandiyalı Konor Makqreqor üzərində qələbəyə görə qazandığı məbləğdən 100 milyon dollar artıq əldə etmək istədiyini bildirib.