Xəbər lenti

Məzuniyyətə gələn əsgərin faciəli ölümü
Ölkə07:11 19.08.2014

Məzuniyyətə gələn əsgərin faciəli ölümü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məzuniyyətə gələn əsgər Nabranda çimərkən boğulub

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunda dənizdə (“Seyidli” sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Əliağa Yaşar oğlu Əliyev sərxoş halda çimərkən batıb. 

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. 

Ə. Əliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. 

"Qafqazinfo" xəbər verir ki, Əliağa Əliyev Quba rayon sakinidir.

O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. 

Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlmişdi. 

Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən bölgə müxbirinə təsdiqlənib.

Qaynar.info