
Son olaraq Pelinin serialdan gələn dəvəti qəbul etməsi, cütlüyün boşanmasına gətirib çıxarıb
Türkiyəli məşhur aktrisa Pelin Karahan həyat yoldaşından boşanma səbəblərini açıqladı. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, pilates məşqçisi olan Erdinç Bəkiroğlunun onun sənətinə çox mane olduğunu bildirib.
Cütlüyün ayrılmasına səbəb qısqanclıq olub. Belə ki, dini təriqətlərdən birinə yaxın olduğu iddia edilən Bəkiroğlunun “evində otur, aktrisalığı at” tələbi Karahanı özündən çıxarıb. Hətta aktrisanın dərgilərin fotosessiyalarında iştirak etməsi belə həyat yoldaşının narazılığına səbəb olurmuş.
Son olaraq Pelinin “Muhteşem yüzyıl”dan gələn dəvəti qəbul etməsi, cütlüyün boşanmasına gətirib çıxarıb. Dünya görüşlərinin fərqli olduğunu əsas gətirən tərəflər məhkəməyə müraciət edərək iki illik evliliklərinə son qoyublar.
Qaynar.info
