Xəbər lenti

“Microsoft Teams” interfeysi Azərbaycan dilinə tərcümə edildi
Ölkə13:45 03.11.2020

“Microsoft Teams” interfeysi Azərbaycan dilinə tərcümə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artıq "Virtual məktəb” istifadəçiləri "Microsoft Teams" platformasından Azərbaycan dilində istifadə edə bilərlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bunun üçün şəxsi səhifədə parametrlər bölməsində dil siyahısından Azərbaycan dilini seçmək, "yaddaşda saxla və tətbiqi yenidən başlat” düyməsini seçmək lazımdır.
Bununla bağlı hazırlanmış video təlimatı təqdim olunur.