Qaradağ rayonunun Ümid qəsəbəsində yaşayan gənclər karantin günlərində "Evdə qal” kampaniyası çərçivəsində yaşlı və imkansız insanlara yardım edirlər.
Verilən məlumata görə, bir qrup gənc xüsusi karantin rejimi qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə köməkliklərini əsirgəmirlər.
Gənclər bildirdi ki,bir neçə gün ərzində 23 ailəyə yardım göstərilib:"Dünəndən qəsəbə ətrafında 23 ailəyə ərzaq bağlamaları çatdırmışıq. Kampaniya hələ davam edəcək, çalışırıq ki, yardım etdiyimiz ailələrin sayını artıraq. Qəsəbə əhalisi müəyyən miqdarda köməklik göstərir və nəzərdə tutulan ailələrə yardım olunub”.
Gənclər xeyriyyə aksiyasını davam etdirəcəklərini bildiriblər.