Xəbər lenti

MİDA: Hövsanda güzəştli mənzillərin satışına başlanılır
Ölkə13:51 28.04.2020

MİDA: Hövsanda güzəştli mənzillərin satışına başlanılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın vaxtlarda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.
Mənzil İnşaatı Dövlət Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.
Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra hovsan.mida.gov.az səhifəsində "Mənzillər” bölməsi aktivləşdiriləcək. 
İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.