
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonudun maliyyə dəstəyi ilə “Ümidlərin Kölgəsi” adlı yeni layihəyə start verilib.
Qaynar.info-nun verdiyi xəbərə görə, "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyi tərəfindən həyayata keçirilən layihənin məqsədi animosərgi vasitəsilə insanların diqqətini valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqların problemlərinə yönəltmək və bu yolla“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitutlaşma) və alternativ qayğı Dövlət Proqramı”nın həyata keçiriləsinə dəstək olmaqdır.
Layihə 3 ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində məhşur insanların gündəlik ailə həyatını əks etdirən fotoları çəkiləcək, sərgi zamanı həmin fotolara eyni zamanda kimsəsiz uşaqların proeksiyası əlavə olunacaq. Bununla cəmiyyətin diqqətini kimsəsiz uşaqların problemlərinə yönəldiləcək, animosərgidə iştirak edəcək bütün insanlara dövlət proqramı haqqında məlumat verilicək. Layihə müddətində media ilə yaxından əməkdaşlıq ediləcək, layihə və dövlət proqramı haqqında ictimaiyyətə məlumat veriləcək. Animosərgidə hazırlanacaq sosial çarx vasitəsilə layihə bitdikdən sonra belə məlumat yayımı davam etdiriləcək.
“Birliyə Doğru” təşkilatının layihələr üzrə koordinatoru Aynur Salmanovanın mətbuata verdiyi məlumatda bildirib ki, animosərgi dekabr ayında keçirilməsi nəzərdə tutulur. Şəkillər məhşur fotoqraf Marat Şabakaev tərəfindən çəkiləcək.
Qaunar.info