Xəbər lenti

Mikayıl Cabbarov daha bir şöbə müdiri işdən çıxardı
Ölkə12:03 22.05.2013

Mikayıl Cabbarov daha bir şöbə müdiri işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsini müdiri Həbib Zərbəliyev tutduğu vəzifədən azad olunub.

Həbib Zərbəliyev APA-ya faktı təsdiqləyib və 3-4 gün əvvəl təhsil naziri Mikayıl  Cabbarovun əmri ilə tutduğu vəzifədən azad olunduğunu deyib: “Yeni nazir bizimlə işləmək istəmədi. Akkreditasiya şöbəsi ilə monitorinq və qeydiyyat şöbəsi birləşdirilərək yeni şöbə yaradıldı. Bundan sonra isə bizim orda çalışmağımıza ehtiyac olmadı”.

Hazırda Dillər Universitetində müəllim kimi çalışdığını deyən sabiq şöbə müdiri AMEA-dan da işlə bağlı təklif aldığını açıqlayıb.

Qeyd edək ki, ötən gün təhsil nazirinin əmri ilə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev də tutduğu vəzifədən azad edilib.

Qaynar.info